29 May 2015 19:16
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm nazir Əbülfəs Qarayev Xorvatiyanın Rovinj şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Icraiyyə Şurasının 100-cü sessiyası çərçivəsində İranın vitse-prezidenti, mədəni-irs, turizm və əl işləri təşkilatının rəhbəri Masud Sultanifar ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə İran-Azərbaycan əlaqələrində mədəni irs və turizm sahələrinin əhəmiyyəti müzakirə edilib.

Görüş zamanı mədəni irs sahəsində oxşar elementlərin YUNESKO-ya birgə təklif edilməsi və birgə turizm turlarının təşkil edilməsi təklif edilib.

Həmçinin turizm sahəsində anlaşma memorandumunun yaxın vaxtlarda imzalanması üçün İranın vitse-prezidenti Bakıya dəvət olunub.

Əbülfəs Qarayev yaxın vaxtlarda İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi üçün hazırlıqlara başlanılacağını bildirib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər