2 İyun 2015 14:24
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bərdə rayonunda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirib.

Teleqraf.com-un xəbərinə görə, regional konfrans rayon icra hakimiyyətinin akt zalında keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzr Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin bu rayondan seçilən millət vəkilləri Zahid Oruc və Gövhər Baxşalıyeva, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, Ağcabədi, Ağdam və Tərtər rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildirib ki, xalqımız əsrlər boyu milli-mənəvi və dini dəyərlərini, tolerantlıq mühitini qoruyub saxlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb.

Həmçinin bildirilib ki, ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir.

Komitə sədri diqqəti dünyada İslam dinini radikalizmə sürükləmək meyllərinin artdığına yönəldib və bildirib ki, bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışırlar: "Bu cür qüvvələrə ən tutarlı cavab isə dini maarifləndirmə işidir".

Qeyd edilib ki, gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür. Tədbirin yekununda rayonun Cümə Məscidinə baxış olub. Komitə tərəfindən məscidə dini kitablar verilib.

Daşqın Abdullayev


Müəllif:

Oxşar xəbərlər