2 İyun 2015 23:38
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycanla ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçirilib.

İclasdan əvvəl Azərbaycan tərəfindən komissiyanın həmsədri, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla Avstriya tərəfindən komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqer arasında ikitərəfli görüş keçirilib.
Daha sonra Qarışıq Komissiyanın 8-ci iclası öz işinə başlayıb.

İclasda tərəflər arasında iqtisadi əlaqələrdən söz açan Hökumətlərarası Komissiyanın həmsədri, nazir Əli Abbasov çıxışında Prezident İlham Əliyev və Avstriya Haynts Fişer tərəfindən 2013-cü il may ayının 13-də Vyanada imzalanmış “Azərbaycan və Avstriya arasında dostluq münasibətləri və tərəfdaşlığa dair Birgə Bəyannamə”nin xüsusi rolunu vurğulayaraq, bununla münasibətlərdə yeni inkişaf dinamikasının təməlinin qoyulduğunu diqqətə çatdırıb.

Əməkdaşlığın bugünkü səviyyəsinin qənaətbəxş olduğunu deyən həmsədr bütün sahələrdə münasibətlərin genişləndirilməsi, o cümlədən iki ölkə arasında ticarət dövriyyəsinin ilbəil artırılmasına qarşılıqlı marağın olduğunu bildirib.

Qarışıq Komissiya çərçivəsində indiyə qədər keçirilən iclas və görüşlərin məhsuldar nəticələrindən də məmnunluq ifadə edən nazir bu danışıqların məntiqi davamı kimi, gələcək əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu nəzərə çatdırıb.

Nazir həmçinin protokolun İnformasiya və Kommunikasiya Texnologiyaları bölməsinə dair çıxış edərək, perspektiv planlardan söz açıb.

Daha sonra Hökumətlərarası Komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici siyasət və Avropa inteqrasiyası üzrə müavini xanım Bernadette Gierlingerə verilib.

Avstriyanın iqtisadi vəziyyəti ilə bağlı geniş təqdimatla çıxış edən avstriyalı həmsədr son 10 ildə həyata keçirilən işlərə diqqət çəkib. İqtisadi proqnozlar, iqtisadiyyatın təşviqi üzrə yeni vergi islahatlarının tətbiqi və bundan gözləntiləri nəzərə çatdıran Bernadette Gierlinger ölkəsinin ixracyönümlü iqtisadiyyata üstünlük verdiyini, eyni zamanda Avstriya iqtisadiyyatında yer alan hər 10 avrodan 6-sının məhz ixracyönümlü iqtisadiyyatdan qazanıldığını qeyd edib.

Avstriyanın Azərbaycanla əməkdaşlıqda maraq göstərdiyi sahələrə də toxunan Bernadette Gierlinger xüsusən alternativ və bərpaolunan enerji, turizm sənayesi, telekommunikasiya, infrastruktur, kənd təsərrüfatı kimi sahələrdə münasibətlərin inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd edib, eyni zamanda bu potensialdan gələcək əməkdaşlıqda səmərəli istifadə olunacağına ümid etdiyini diqqətə çatdırıb.

Həmçinin iclasda Azərbaycan və Avstriya iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlığın vəziyyəti və daha da genişləndirilməsi imkanları ətraflı müzakirə olunub.
Müzakirələrdən sonra Qarışıq Komissiyanın iclasının protokolu imzalanıb.

Protokolu Azərbaycan tərəfindən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Avstriya tərəfindən isə xanım Bernadette Qierlinqer imzalayıblar.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər