3 İyun 2015 00:09
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Avropa Oyunları zamanı turistlərə təqdim olunmaq üçün hazırlanan “Azerbaijani breakfast” brendi üçün Azərbaycana müəlliflik şahadətnaməsi verilib”.

Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bu gün Gənc Tamaşaçılar Teatrında jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.


Onun sözlərinə görə, “Azerbaijani breakfast” brendi ilə bağlı müəllif hüququ şəhadətnaməsi bu gün nazirliyə daxil olub: “Bununla biz Avropa Oyunları zamanı qonaqlara bu menyunu təqdim edəcəyik. Və inanıram ki, oyunların keçirildiyi düşərgələrdə Azərbaycan mətbəxi xüsusi diqqət çəkəcək. “Azerbaijani breakfast” menyusuna qoyun pendiri, bal, qatıq, müxtəılif meyvələr, pomidor-yumurta, yağ və çay daxildir. Ondan başqa bildirmək istəyirəm ki, ölkənin mədəniyyət ocaqları, turizm obyektləri, eləcə də digər sahələri Avropa Oyunlarına tam hazırdır. Heç şübhəsiz ki, Azərbaycan qonaqların qarşısına ən yüksək səviyyədə çıxacaq”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər