Azərbaycanda tükənməyən qan ehtiyatı var.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Әlimirzəyeva jurnalistlərə deyib.
Z.Әlimirzəyevanın sözlərinə görə, lakin qanın müəyyən saxlanma müddəti olduğundan qan ehtiyatları hər zaman yenilənməlidir.
Bunun üçün könüllü donorluğun inkişaf etdirilməsini vacib sayan institut direktoru qeyd edib ki, ölkədə bütün qruplar üzrə qan ehtiyatı kifayət qədər olsa da, insanların hansı qan qrupuna daha çox ehtiyacının olduğunu konkret demək olmaz. Çünki bu gün bütün qan qruplarına eyni səviyyədə ehtiyac var: "Ölkədə kifayət qədər irsi qan xəstəliyi olan insanlar, hemotoloji, onkoloji xəstələr var. Qan ehtiyatı onlar üçün eyni zamanda cərrahiyə sahəsində istifadə edilir".
Z.Әlimirzəyeva deyib ki, könüllü olmayan, maddiyatı əsas tutan donorlar arasında infeksiyalara rast gəlmə riski də böyük olur. Belə donorlar öz xəstəlikləri barədə məlumat vermək də istəmirlər.