İspaniyanın San-Sebastyan şəhər meriyasının təşkilatçılığı ilə ənənəvi qastronomiya sərgisi təşkil olunub. “Sukaldanitzak” adlanan bu sərgidə post-sovet məkanından olan xalqları birləşdirən “Patrimonio-Naslediye” cəmiyyəti də iştirak edib.
Cəmiyyət sərgiyə “Qafqaz mətbəxi” mövzusu ilə qatılıb. Bu mətbəxi isə San-Sebastyanda yaşayan azərbaycanlılar və gürcülər təqdim ediblər.
Azərbaycan icmasının fəalları milli mətbəximizin plov, düşbərə, paxlava kimi nümunələrini nümayiş etdiriblər. Yerli sakinlərin iştirakı ilə hazırlanan bu nümunələr böyük maraqla qarşılanıb.