Daxili işlər naziri, general-polkovnik Ramil Usubov vətəndaşlarla görüş keçirəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş iyul ayının 11-də Quba rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq.
Ramil Usubov Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri qəbul edəcək. Qəbul başa çatdıqdan sonra daxili işlər orqanlarının sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən şəxslərin sıra baxışı keçiriləcək. Sıra baxışında, yalnız yuxarıda göstərilən şəhər və rayonların aşağıdakı şərtlərə cavab verən sakinləri iştirak edə bilərlər:
- müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), əvvəlllər məhkum edilməmiş, tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Müsabiqəyə elan olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki gərginlik, həyəcan və həssaslıqla bağlı olmasının, eləcə də xidmətin növbəli, bir çox hallarda gücləndirilmiş iş variantlarında post-patrul nizami hissələrində aparılacağının nəzərə alınması xahiş olunur.
Hacı Zeynalov