2 İyul 2015 15:08
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda cinayətkarlıqla mübarizədə, qanunsuzluqların aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin dəstəyi böyük rol oynayır.

Trend xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli mərasimdən sonra jurnalistlərlə etdiyi səmimi söhbət zamanı bildirib.

KİV-in cəmiyyətdə rolunu yüksək qiymətləndirən daxili işlər naziri qeyd edib ki, jurnalistlər dövlətçilik naminə polisin işini dəstəklədikdə daha yaxşı nəticələr əldə edilir: “Sizin rolunuzu xüsusi qeyd etmək istəyirəm. Kütləvi informasiya vasitələri bizimlə bir olanda daha yaxşı nəticələr əldə edilir. Ölkəmiz əmin-amanlıq, sabitlik içindədir. Bunun təməlini qoyan ulu öndər Heydər Əliyev olub və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər uğurla davam edir. Belə də olacaq”.


Müəllif: