Xəbər verildiyi kimi, müdafiə naziri general-polkovnik Zakir Həsənov başda olmaqla Azərbaycanın nümayəndə heyəti Latviyada rəsmi səfərdədir.
Səfər çərçivəsində müdafiə naziri Azərbaycanın Latviyadakı səfirliyində olub. Səfir Elman Zeynalov səfirliyin əməkdaşlarını nazirə təqdim edib və ölkəmizin diplomatik nümayəndəliyinin fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, Latviyada təqribən 2000 azərbaycanlı yaşayır, ölkədə böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Bundan başqa, Latviyada təqribən 150 azərbaycanlı tələbə təhsil alır.
Müdafiə naziri Latviyaya səfərinin məqsədindən danışıb.