5 İyul 2015 10:27
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli mətbuatı 140 il ərzində şərəfli yol keçib. Milli mətbuatımız həmişə Azərbaycan xalqının maraqlarına xidmət edib, onun tarixini, mədəniyyətini, zəngin ənənələrini, həmçinin problemlərini və qazandığı uğurları işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib.

Ərəstun Mehdiyev deyib: “Bu il Azərbaycan milli mətbuatının 140 illik yubileyini qeyd edirik. Məlum olduğu kimi, bu yubileyin qeyd olunması məqsədilə Prezident İlham Əliyev iyunun 2-də Sərəncam imzalayıb. Bu Sərəncama uyğun olaraq ölkəmizin müxtəlif bölgələrində, o cümlədən Bakıda geniş tədbirlər keçirilir”.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan xalqının əldə etdiyi uğurlarda milli mətbuatımızın böyük rolu var. “Əkinçi” qəzeti ilə başlanan ənənələr sonrakı dövrlərdə də davam etdirilib. Müstəqillik dövründə də Azərbaycan mətbuatının üzərinə böyük öhdəliklər düşür. Sevindirici haldır ki, milli mətbuatımız qarşısında duran missiyanı uğurla, şərəflə həyata keçirir.


Müəllif: