Bu ilin yanvar ayından may ayının sonuna kimi Azərbaycanda rəsmi orqanlar tərəfindən 32,6 min nikah qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu ilin müvafiq dövrü ərzində ölkədə rəsmi orqanlar tərəfindən 5,3 min boşanma halı qeydə alınıb.
Bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 7,9-dan 8,3-ə qədər artıb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.