17 İyul 2015 14:40
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Paradiqma” İctimai-siyasi tədqiqatlar ictimai birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsizliyi təminatının gücləndirilməsi” layihəsinin reallaşdırılması istiqamətində növbəti təlim keçirilmişdir.

Teleqraf.com-un xəbərinə görə, tədbirin keçirilməsində məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində informasiya təhlükəsziliyi amilinin yeri və rolu ilə bağlı dərin elmi araşdırmaların aparılmasının vacibliyini əsaslandırmaq, bu istiqamətdə görülmüş işlərə qiymət vermək, mövcuq problemləri üzə çıxarmaq və onların həlli prosesinə dəstək verməkdən ibarətdir. Tədbir çərçivəsində “Paradiqma” ictmai siyasi tədqiqatlar ictimai birliyinin sədri, prof. Elman Nəsirov layihənin əhəmiyyətinə toxunaraq qeyd etdi ki, müasir dünya siyasətində informasiya təhlükəsizliyi amili həlledici gücə malikdir. İnformasiya müharibəsində qalib gələn tərəf, əslində münaqişənin həlli prosesində də üstün mövqeyini təmin etməyə nail olur. Məsələyə bu kontekstdə yanaşdıqda belə layihələrin həyata keçirilməsinin kifayət qədər aktual olduğu qənaətinə gəlmək olar. Tədbirdə çıxış edən təlimçilər Füzuli Məcidli (“Paradiqma” İB) və Şəbnəm Bağırova (“Paradiqma” İB) layihədən irəli gələn konkret məsələlər ətafında beynəlxalq təcrübəyə əsaslanmaqla elmi-nəzəri fikirlərini bölüşdülər. Sonra layihə ətrafında geniş fikir mübadiləsi aparıldı, konkret təklif və tövsiyələr irəli sürüldü. Təqdimat mərasimində QHT təmsilşiləri, mətbuat nümayəndələri, müxtəlif ali məktəblərin bakalavr, magistr və doktorantları iştirak edirdi.


Müəllif:

Oxşar xəbərlər