AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Ramazan bayramının keçirilməsi ilə əlaqədar Moskvanın bir neçə küçəsində hərəkət dayandırılıb. Moskva mərkəzi məscidi və Böyük Tatar küçəsindəki məscid arasında maşınların hərəkəti məhdudlaşdırılıb. Bu il Moskva hakimiyyəti müsəlmanlara namaz qılmaq üçün beş müvəqqəti məkan ayırıb.
İctimai asayişin qorunması və təhlükəsizlik məqsədilə 4 min polis işçisi cəlb olunub. Bayram tədbirlərində heç bir insident qeydə alınmayıb.160 minə yaxın adam Moskvada, Ramazan bayramına həsr olunmuş tədbirlərdə iştirak edib.
Bayramla əlaqədar paytaxtda nəqliyyat vasitələrinin istiqamətləri də dəyişdirilib, məscidlərə yaxın ərazilərə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Artıq Rusiya Müftilər Şurasının başçısı Ravil Qaynutdin bayram münasibətilə müsəlmanları təbrik edib.