QOÇ - Çoxsaylı görüşlərdə iştirakınızdan xəbər verən Göy qübbəsi maraqlı təkliflər alacağınızı da bəyan edir. Yeni işlərə başlamaq və ya bu barədə fikir mübadiləsi aparmaq üçün yaxşı vaxtdır.
BUĞA - Planetlərin yerdəyişməsi yaxınlaşdığından hər hansı mübahisə və ya münaqişəyə həvəs göstərməyiniz zərərinizə olar. Belə bir mənzərə yaransa, müəyyən ünvanlara qonaq getməyə dəyər.
ƏKİZLƏR - Sevinməyə dəyər. Çünki astroloji göstəricilər əksər bürclərlə müqayisədə yalnız sizin qazanmaq ehtimalınız olduğunu təyin edib. Deməli, əzmkarlığınızı artırmaqla buna nail olmalısınız.
XƏRÇƏNG - Sizə borclu olanlardan, eləcə də məvacib prosesində gecikən pullarınızı əldə etməyə çalışın. Əks təqdirdə nöbəti bir həftə ərzində buna nail olmayacaqsınız.
ŞİR - Kifayət qədər məhsuldar bir gündür. Emosionallığınızı soyuqqanlılıqla əvəz edə bilsəniz, bir çox sahələrdə uğurlarınız olacaq. Şəxsi işlərinizdə əsaslı dönüş də başlaya bilər.
QIZ - Mənfi enerjili Ay bürcünüzdə olduğu üçün sağlamlığınıza fikir verməlisiniz. Ağır fiziki işlərdən ehtiyatlanmalısınız. Qərar qəbul edərkən müsahib rəyini mütləq nəzərə alın.
TƏRƏZİ - Yeni əlaqələrə başlamaq, fəaliyyət zəminində dönüş yaratmaq üçün sərfəli tarixdir. Bu istiqamətdə xərcə düşməkdən qorxmayın. Çünki müdafiənizdə duran ulduzlar sizi qoruyacaq.
ƏQRƏB - İxtiyarınızda olan bu süst gündə həmkarlarınızla münasibətdə təmkinli olun. Bunu bacarsanız, sonrakı müddətdə problemlə rastlaşmayacaqsınız. Mühüm sirlərinizi hər kəsə deməyin.
OXATAN - Son vaxtlar işlə bağlı passivliyə mübtəla olmağınız sizi yormaqdadır. Bu gün də belə bir şey gözlənildiyindən vaxtınızı əyləncələrə həsr edin. Sevgidə kobudluğa yol verməyin.
OĞLAQ - Əsas vaxtınızı münasibətlər zəminində qurun. Dostluq-yoldaşlıq istiqamətində, ələlxüsus da sevgi məsələlərində sevindirici anlarınız olacaq. Amma uzaq səfərə çıxmaq fikrindən daşının.
SUTÖKƏN - Qarşınızda perspektivli və yorucu işlər durur. Ulduzlara inansaq, ötən günlərdə yol verdiyiniz hansısa səhvi düzəltmək imkanı da qazanacaqsınız. Etibarsız adamlardan uzaq olun.
BALIQLAR – Olduqca riskli gündür. Bu səbəbdən istənilən addımı atmazdan qabaq mütləq mövcud reallığı nəzərə almalısınız. Təcrübəli adamlardan yararlanın. Yerli-yersiz özünüzü tərifləməyin.