21 İyul 2015 12:10
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-iyun aylarında 137123 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib.

Teleqraf.com xəbər verir ki, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

“Azəriqaz”dan bildirilib ki, təbii qazdan təhlükəsiz istifadə olunması və gələcəkdə baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” İstehsalat Birliyi istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər