23 İyul 2015 21:37
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gözəl bir ənənə var. Bu, hər beş ildən bir Azərbaycan milli mətbuatının yubileyinin keçirilməsidir. Heç bir sahənin, strukturun yubileyi beş ildən bir keçirilmir. Amma bu gözəl ənənəni bu gün prezident İlham Əliyev yaşadır”.

Bu fikirləri “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, prezident İlham Əliyevin milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüş yaddaqalan oldu. Onun sözlərinə görə, dövlət başçısı jurnalistlərin əməyinə, Azərbaycan mətbuatının inkişafına, ölkə jurnalistikasının bugünkü durumuna çox yüksək qiymət verdi. Eyni zamanda, qarşıya da çox mühüm vəzifələr qoydu.

Səxavət


Müəllif:

Oxşar xəbərlər