30 İyul 2015 17:58
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyulun 31-də abituriyentlər üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyası ilə əlaqədar videokonfrans keçirəcək. Bu barədə TQDK-dan məlumat verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində təşkil olunacaq konfrans saat 15:00-da başlayacaq.

Videokonfransda Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şirvan, Şəki və Şərur şəhərlərində yaşayan abituriyentlər onlayn formada iştirak edə bilərlər.

Bunun üçün konfrans keçirilən mərkəzlərə saat 14:00-da gələrək qeydiyyatdan keçmək tələb olunur. Konfransa qoşulmaq istəyən abituriyentlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin qeyd olunan şəhərlərdə yerləşən ünvanlarına müraciət edə bilərlər.

Gəncə şəhəri: Əhməd Cəmil küçəsi ev 1.
Mingəçevir şəhəri: Vəli Hüseynov küç. 4
Lənkəran şəhəri: Heydər Əliyev 1
Sumqayıt şəhəri: Heydər Əliyev prospekti, 4 mkr
Şəki şəhəri : M.Ə.Rəsulzadə 156 A
Şirvan şəhəri : M.Ə.Rəsulzadə küçəsi 1
Şərur şəhəri: Heydər Əliyev prospekti 37A.

Qeyd edək ki, konfransda abituriyentlərə qəbul prosesi ilə bağlı bir çox vacib məlumat və tövsiyələr verilməklə yanaşı onları maraqlandıran suallar da cavablandırılacaq.


Müəllif: