7 Avqust 2015 10:55
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi “Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatıdır” çərçivəsində tədbir keçirilib.

Layihə rəhbəri Rauf Həsənovun Teleqraf.com-a verdiyi məlumata görə, Binəqədi rayonunda keçirilən tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Hikmət Babayev, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev və digərləri iştirak edib.

İlk öncə tədbirin açılışında ulu öndər Heydər Əliyevin Azərbaycanda müasir dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edən video-rolik nümayiş edilib.

Sonra layihə rəhbəri R.Həsənov layihənin əhəmiyyəti haqqında geniş məlumat verib və bu kimi layihələrin davamlı olacağını diqqətə çatdırıb.

Sonda gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər