Meksikanın fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini Qafqaz Universitetini ziyarət edib.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ziyarətin məqsədi Azərbaycanda açılmış Latin-Amerika ölkələrinin ilk səfirliklərdən biri olan Meksika səfirliyi iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafı baxımından Azərbaycandakı qabaqcıl universitetlərin fəaliyyəti ilə tanış olmaqdır.
Səfir universitetin maddi-texniki bazası ilə tanış olub, universitet laboratoriyalarını, Texnoparkı ziyarət edib. Yay tətili olmasına baxmayaraq asudə vaxtlarını universitetdə keçirən tələbələrlə də görüşüb.
Görüş zamanı Universitet rəhbərliyi qonağa Qafqaz Universiteti haqqında məlumat verib, universitetin prioritet sahələri haqqında müzakirələr aparılıb. Meksikadakı nüfuzlu universtetlərlə əməkdaslıq və birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.
SEVİL