20 Avqust 2015 12:22
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı şəhərində fəaliyyət göstərən Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəssisələrin rəhbər və işçilərin şəxsi avtomobillərin iş vaxtı ümumi qaydaya uyğun həyətyanı ərazilərdə parklanması” ilə bağlı tapşırıq verilib.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, qurum sözügedən məsələ ilə bağlı toplantı keçirib. Toplantıda iştirak edən idarə və səhiyyə müəssisələrinin rəhbərlərinə bildirilib ki, nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair ölkə başçısının tapşırıqlarının icrası məqsədilə 30 iyun 2015-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası olub və “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Protokol imzalanıb.

İclasda ümumi tapşırıqların icrası məqsədi ilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan idarə və tibb müəssisələrinin rəhbərlərinə 01.09.2015-ci il tarixindən etibarən işçilərin şəxsi avtomobillərinin iş vaxtı ərzində ümumi qaydaya əsasən, mümkün olduğu halda həyətyanı sahədə park olunması tapşırığı verilib.

Bununla yanaşı toplantıda daha bir tapşırıq “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəssisələrinin 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə” imzalanmış müvafiq əmri ilə bağlı olub.


Müəllif:

Oxşar xəbərlər