25 Avqust 2015 00:52
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yenidən mənzillərinin birində sakinlər civə təhlükəsi ilə üzləşiblər.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Xətai rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir.

Əməliyyat saat 20:15-də başa çatmışdır.


Müəllif:

Oxşar xəbərlər