Xalq artisti Habil Əliyevin müalicəsi ev şəraitində davam edir.
Xalq artistinin bacısı Bəşirə Musayeva Teleqraf.com-a bildirib ki,muğam ustadının səhhəti normaldır: “Habilin səhhətində irəliləyiş var, yaxşılaşmağa doğru gedir. Yemək yeyir, səhərlər üç-dörd qaşıq sıyıq, axşam isə sup veririk. Hələ ki, yaxşı danışa bilmir. Şükür Allaha hərarəti yoxdur. Həmişə tibb bacıları Habilin yanında olur, həkim isə tez-tez gəlib, yoxlayır”.
Rəqsanə Həsənova