26 Avqust 2015 17:11
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İşıq pulu" borclu olan əhaliyə 2 gün vaxt verilib.


ANS-in məlumatına görə, “Azərişıq” ASC-nin Mətbuat xidməti abonentlərə xəbərdarlıq yayıb.


Xəbərdarlıqda bildirilir: “Azərişıq” ASC -nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 28 avqust 2015-ci il, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.


Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcəkdir.


Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.


Müəllif:

Oxşar xəbərlər