8 Sentyabr 2015 15:57
3 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova vəzifəsindən azad edilib.

Teleqraf.com Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir ki, kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib.

Nazirliyin digər əmri ilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev tutduğu vəzifədən azad edilib.


Müəllif:

Oxşar xəbərlər