8 Sentyabr 2015 23:22
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

14-18 sentyabrda .09.2015-ci il tarixində Bakıda Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin təşkilatçılığı və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) dəstəyi ilə "Seysmoloji məlumatların emalının və təfsirinin müasir metodları" mövzusunda Onuncu Beynəlxalq Seysmoloji Seminar-Məktəbi keçiriləcək.

Mərkəzin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızının teleqraf.cpm-a verdiyi xəbərə görə, seminarda ABŞ, Rusiya, Azərbaycan, Gürcüstan, Qazaxıstan, İtaliya, Böyük Britaniya və digər ölkələrdən 100-dən artıq seysmoloq alim və mütəxəssislər iştirak edəcəklər.

Seminar-Məktəbin açılış mərasimi 14 sentyabr 2015-ci il tarixində saat 10:00-da Novxanı qəsəbəsindəki AF Hoteldə keçiriləcək.

SEVİL


Müəllif:

Oxşar xəbərlər