25 Sentyabr 2015 23:26
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın proqram təminatçısı "Dilmanc" şirkəti "AzNET" auditoriyası üçün sosial şəbəkə yaratmağı planlaşdırır. Bunu Trend-ə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev deyib.

Onun sözlərinə görə, artıq yaradılmasına başlanılan milli axtarış sisteminin konturları hazırlandıqdan sonra layihənin reallaşdırılması nəzərdə tutulur.

Ə.Fətullayev bildirib ki, təəssüf ki, hər iki layihəni paralel reallaşdırmaq imkanımız yoxdur: "Axtarış sisteminin müəyyən parametrlərinin sosial şəbəkə ilə uyğun gəldiyini nəzərə alsaq, demək olar ki, sonuncunun yaradılması əlavə fəaliyyət tələb etməyəcək. Bundan başqa, axtarış sistemi və sosial şəbəkəyə inteqrasiya ediləcək öz messencerimizi yaratmalıyıq. Messencerimiz ölkə daxilində "WhatsApp"da olmayan daha geniş funksiyalara malik olacaq".


Müəllif:

Oxşar xəbərlər