Bakıda daha bir mənzildə termometr sınıb, nəticədə onun daxilindəki civə ətrafa dağılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən yığılıb.
Çirklənmiş ərazi demerkurizasiya edilib.