10 Oktyabr 2015 15:02
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nuriyyə Əhmədova bu gün Şüvəlanda bacısının evindən son mənzilə yola salınacaq.

Bu haqda Teleqraf.com-a xalq artistinin bacısı Sevil Mikayılova bildirdi. O, qeyd etdi ki, xalq artisti kiçik bacısı Dubaydan qayıtdıqdan sonra dəfn ediləcək: "Nuriyyə xəstəxanada mənə dedi ki, ölürəm. Son nəfəsində üç dəfə "ana" dedi. Həkimlər əlindən gələni etdilər. Onun uşaqlarını mən böyütmüşəm, o isə çəkilişlərə qaçırdı".

Əməkdar artist Nahidə Orucova isə qeyd etdi ki, bacısının evindən deyil, Şüvəlan Mədəniyyət Sarayından cənazəsi götürülsə, daha yaxşı olar: "Bilmirəm, kimdən icazə almaq lazımdır. Mədəniyyət Sarayından bildirirlər ki, bizə heç bir məlumat verməyiblər".

Qeyd edək ki, hüzr mərasiminə əməkdar artistlər Aybəniz Haşımova, Telli Hüseyniva, Mehriban Xanlarova və Mədinə Məlik də qatılıblar.

Bildirək ki, Mədəniyyət və Turizm Nazirliyi dəfn mərasiminə gül çələngi göndərib.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər