Bərabər İmkanlar Mərkəzi İctimai Birliyi Azərbacan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Minik avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının monitorinqi və sığortalıların hüquqlarının müdafiəsinin təşkili” lyihəsi çərçivəsində 28 sentyabr 2015-ci il tarixində Ağdam rayonunda dəyirmi masa keçirib.
Tədbirdə bir neçə Sığorta şirkəti əməkdaşları, sürücülər, tələbə və gənclər olmaqla bütövlükdə 40-dan artıq şəxs iştirak etmişdir. Tədbiri giriş sözü ilə təşkilatın rəhbəri Rafiq Təmrazov açaraq təşkilat və layihə haqqında geniş məlumat verdi. Burada xüsusilə bütün maraqlı tərəflərin nümayəndəsinin olmasınından məmnunluq ifadə olundu. Qeyd olundu ki, minik avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinə dair sığorta hüquqlarının tanınmasına nail olmaq layihənin əsas məqsədidir və bu məqsədə çatmaq üçün tədqiqatın aparılması, qanunvericiliyin şərhi o cümlədən ictimai müzakirənin keçirilməsi alt məqsədlər hesab oluna bilər. R.Təmrazov qeyd etdi ki, bu günkü toplantı da məhz ictimai müzakirədir.
Daha sonra söz layihənin mərüzəçisi, hüquqşünas Yaşar Ağazadəyə verildi. Məruzəçi minik avtonəqliyyat vasitələrinin sığorta olunmasının mahiyyətini, iqtisadi sistemdə sığortanın yerinni, digər anlayışların təsnifatını, o cümlədən daha çox mübahisə yaranan sığorta haları barəsində ətraflı məlumat verdi. Eyni zamanda Y.Ağazadə ölkədə sığorta sahəsində qanunvericilik imkanlarını şərh etdı. Tədbirdə iştirakçılara digər materiallarla yanaşı xüsusi hazırlanmış “YADDAŞ KARTI” paylanıldı.
Daha sonra tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirildi. Dövlət Sığorta Şirkətinin nümayəndəsi də çıxış edərək tez-tez rastlaşdıqları problemlərdən söhbət açdı. Belə ki, iştirakçılar praktikada daha çox rastlaşdıqları hallardan, qannunvericiliyin müddəalarında suallar verildi və təkliflər verildi. Xüsusilə qeyd olundu ki, mübahisə yaranmayan və o qədər də yüksək məbləğ olmayan şərtlərdə sığorta şirkətlərinə ödəniş etmək səlahiyyəti verilməsi sığorta hüququnun daha operativ təmin olunmasına yardım etmiş olar. Xüsusi qeyd olundu ki, müharibə zonasında bəzən vətəndaşların minik avtomobili və digər mülkləri zədə alsa da, bu cür halların sığortasıyla bağlı müddəa nəzərdə tutulmayıb.
Tədbir qarşılıqlı diskussiya şəklində başa çatdı.