Dövlət Gömrük Komitəsi (DGK) elektron xidmətlərin keyfiyyətinin artırılması, əhatə dairəsinin genişləndirilməsi və bununla da vətəndaşların rahatlığının təmin edilməsi istiqamətində ardıcıl işləri davam etdirir. Bu məqsədlə, DGK-nin daha iki elektron xidməti portalda vətəndaşların istifadəsinə verilib.
Məlumat Hesablama Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, bununla komitənin “Elektron Hökumət” portalında təqdim etdiyi xidmətlərin sayı 8-ə çatıb.
Portala yeni inteqrasiya olunan xidmətlər bunlardır - “Gömrük rəsmiləşdirilməsi üçün müraciət” və “Rəsmiləşdirilmə üçün tələb olunan sənədlərin surətləri”. “Gömrük rəsmiləşdirilməsi üçün müraciət” elektron xidmətindən istifadə etməklə gömrük rəsmiləşdirmələrini onlayn olaraq həyata keçirmək mümkündür. “Rəsmiləşdirilmə üçün tələb olunan sənədlərin surətləri” adlı xidmətdən istifadə edərək isə rəsmiləşdirilmə üçün tələb olunan sənədlərin surətlərini göndərmək mümkün olub.
Bu xidmətlərdən istifadə üçün gücləndirilmiş elektron imzadan istifadə etmək lazımdır.
Qeyd edək ki, cari ilin sentyabr ayı ərzində DGK-nın portaldakı elektron xidmətlərindən istifadə sayı 826 olub.
Naibə QURBANOVA