15 Oktyabr 2015 19:13
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Naziri Oqtay Şirəliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirib. Teleqraf.com-un məlumatına görə, qəbulda Bərdə ilə yanaşı, Tərtər, Ağdam, Yevlax və Goranboy rayonlarından olan vətəndaşlar iştirak edib.

Ümumilikdə 19 nəfərin sağlamlıq problemləri, işlə təminat, minnətdarlıq və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər