17 Oktyabr 2015 14:30
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda ilk olaraq MSK-nın 10 oktyabr 2015-ci il tarixli protokolu təsdiq edilib.

Daha sonra bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Bundan əlavə, Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərlə bağlı daxil olan müraciətlərə baxılıb.

Namizədliyini Müsavat Partiyasından irəli sürmüş İmamverdi Əliyev dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.

İclasda bildirilib ki, dairə seçki komissiyası namizədliyini 75 saylı Lənkəran-Masallı seçki dairəsindən irəli sürmüş İ.Əliyevin namizədliyini qeydə almamaqda onu əsas gətirib ki, onun namizədliyinin qeydə alınması üçün təqdim edilən 450 imzadan 55 imza etibarsız hesab olunub.

MSK-nın ekspert qrupu tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, 35 seçici İ.Əliyevə verdiyi imzaların etibarsız hesab olunması ilə bağlı DSK-ya ərizə ilə müraciət edib. Bundan başqa, araşdırma zamanı müəyyən olunub ki, İ.Əliyevin təqdim etdiyi imzadan 4-ü də etibarsızdır. Beləliklə, yerdə qalan 411 imza onun namizədliyinin qeydə alınması üçün kifayət etməyib. Buna görə də DSK-nın qərarı qüvvədə saxlanılıb.


Müəllif: