29 Oktyabr 2015 09:56
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən, Təhsil Nazirliyinin cari ildə mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan ​müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilir.

Publika.az xəbər verir ki, diaqnostik qiymətləndirmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında saat 09.00-dan başlanan qiymətləndirmə saat 17.00-dək davam edəcək.

Bakı şəhəri ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan ​müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin 3 gün ərzində keçirilməsi nəzərdə tutulub. Diaqnostik qiymətləndirmə sabah və növbəti gün eyni məkanda davam edəcək. İmtahanlarda 2500-ə yaxın müəllimin iştirakı nəzərdə yuyulub.


Müəllif:

Oxşar xəbərlər