Bakı-Sumqayıt yolunun 20 Yanvar qovşağından "Şamaxinka"yadək olan hissəsində bu gün saat 22-dən etibarən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Teleqraf.com xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bu barədə mətbuata açıqlamasında bildirib.
Məlumata görə, əvvəlcə yolun "Şamaxinka"ya gedən istiqaməti, daha sonra isə şəhərə doğru olan hissədə hərəkət məhdudlaşdırılacaq. Gecə saatlarında işin yekunlaşdırılması planlaşdırılır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı digər məlumatda isə bildirilir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Tbilisi prospektində də nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət qoyulacaq.
Sürücülərə sözügedə istiqamətlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunub.
Elçin