4 Dekabr 2015 01:15
588

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dən Teleqraf.com-a verilən məlumata görə, iclasda “Eurosel” MMC, “Smart System technology” MMC, “Alfanet” MMC, “Enginet” MMC və “GSP” MMC-nin kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet) xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.

MTRŞ tərəfindən “Eurosel” MMC, “Smart System technology” MMC, “Alfanet” MMC, “Enginet” MMC və “GSP” MMC-yə 6 il müddətinə kabel şəbəkəsi yayımı üçün (yayım üsulu – internet, İP TV) xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edib.


Müəllif: