7 Dekabr 2015 10:21
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Hər ay bir gün” adlı layihəni davam etdiriblər.

Birliyin sədri Sevinc Əzimbəylinin verdiyi məlumata görə, aksiya ayda bir dəfə keçirilir. O, gənclərin millətimizin şəhid övladlarının yaşamış olduqları binalara vurulmuş şəhid lövhələrini, eləcə də bu lövhələrin ətrafında təmizlik işlərini həyata keçirməklə cəmiyyətin, ən azı həmin binada yaşayan insanların, xüsusilə gənclərin milli qürurumuz olan şəhid övladlarımıza münasibətdə biganə olmayacaqlarına əmin olduğunu söyləyib. Onun sözlərinə görə, təşkilatın gəncləri “Hər ay bir gün” adlı növbəti aksiyasını Şəhidlər Xiyabanında həyata keçiriblər.

S.Əzimbəyli birliyin ardıcıl olaraq həyata keçirdiyi belə tədbirlərin gənclərimiz arasında milli-vətənpərvərlik hislərinin yüksəlişinə səbəb olacağına inandığını qeyd edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər