10 Dekabr 2015 09:15
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son zaman gərginliyin artması və ağır silahlardan istifadə edilməsi qəbuledilməzdir.

Trend-in məlumatlna görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi deyib.

"Biz tərəfləri atəşkəs rejiminə ciddi şəkildə sadiq qalmağa çağırırıq”.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan Prezidentləri arasında görüşü təşkil edəcəklər. "Biz tərəfləri zorakılıqdan yayınmaq və danışıqlar atmosferini yaxşılaşdırmaq üçün bütün addımları atmağa çağırırıq”.


Müəllif:

Oxşar xəbərlər