“Dəmir yol ətrafındakı qanunsuz tikililərlə bağlı məsələyə baxılır”.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bununla bağlı yeniliklər olanda ictimaiyyət məlumatlandırılacaq: “Hazırda sadəcə siyahıya alınma prosesi gedir”.