12 Dekabr 2015 14:03
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda cəza çəkən 12 iranlı məhkum bu gün öz ölkəsinə təhvil verilib. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin baş konsulu Nasir Vətən bildirib.

Onun sözlərinə görə, məhbusların təhvil verilməsi İran və Azərbaycan arasında imzalanmış məhbusların mübadiləsi haqqında müqavilə əsasında həyata keçirilir.

N.Vətən deyib ki, dekabrın 12-də Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılan 12 iranlı məhkum Astara sərhəd-keçid məntəqəsindən İranın məhkəmə sisteminin nümayəndələrinə təhvil verilib. Onlar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.

Onun bildirdiyinə görə, İrana təhvil verilmiş məhkumların əksəriyyəti narkotiklərin satışı və daşınmasında ittiham olunurdular.

Qeyd edək ki, hazırda Azərbaycan həbsxanalarında təxminən 130 İran vətəndaşı cəza çəkir. Bundan başqa, Azərbaycanda saxlanılan 50 İran vətəndaşı barəsində isə məhkəmə qərarı çıxarılmayıb. Onların çoxu narkotiklərin satışı və daşınmasında ittiham olunur. İran həbsxanalarında isə hazırda 14 Azərbaycan vətəndaşı cəza çəkdiyi bildirilir.


Müəllif:

Oxşar xəbərlər