“Uşaqları oyuncaqla oynayan yaşda ailə qurmağa məcbur edən valideynləri anlamıram. Çünki tibb də sübut edir ki, ana nə qədər gəncdirsə, dünyaya gələn uşaq və ananın ölüm halları daha çox olur”.
Bunu UNİCEF-in Azərbaycandakı nümanyəndəliyinin rəhbəri Andro Şilakadze “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasında uşaqların hüquqlarının qorunması məsələsi çox dəqiq əks olunub.
“Tədqiqatlar göstərir ki, hər gün 25 mindən çox uşaq erkən yaşda evlənir. Bunun əsas səbəbi kimi savadsızlıq, iqtisadi problemləri göstərmək olar. Bir ildən çoxdur ki, Azərbaycandayam və bu ölkədə erkən nikaha yox deyilməsinin şahidiyəm. Hesab edirəm ki, biz birlikdə erkən nikaha son deməliyik. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda erkən nikah problemi olmayacaq”.
İlhamə