21 Dekabr 2015 13:27
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə “Azərbaycan gəncliyinin məruz qaldığı yad ideoloji təsirlər” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbiri “Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu açaraq bildirib ki, rəhbərli etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir: “Müasir zamanda Azərbaycan gəncliyi müasir ingormasiya daşıyıcıları ilə müxtəlif idoloji təsirə və eləcə də mədəni ekspansiyaya məruz qalmaqdadır. Bunun qarşısının alınması üçün maarifləndirici işin təşkili son dərəcə vacibdir”.

Mövzu ilə bağlı çıxış edən AMEA Arxeologoya və Etnoqrafiya institutunun elmi işçisi, araşdırmaçı Pərviz Elay qeyd edib ki, Azərbaycan istər Qərb, istərsə də bizə qonşu olan dövlətlərin ideoloji təsirlərinə mütəmadi olaraq məruz qalır. Bu təsirlərdə başlıca məqsəd isə ilk növbədə gəncləri ələ almaq, onları müəyyən axın və istiqamətlərə yönəldərək gələcəkdə fərqli məqsədlər üçün istifadə edə bilməkdir. P.Elayın fikrincə, yalnız dövlət deyil, ziyalılar və eləcə də qeyri-hökumət təşkilatları bu təsirləri və zərərli ideoloji axınları maksimum dərəcədə zərərsizləşdirmək üçün ciddi şəkildə fəaliyyət göstərməlidirlər.

Daha sonra birliyin İdarə Heyətinin üzvü Ceyhun Bayramlı mövzu ilə bağlı “Oğuz ” MAQ-da hazırlanan slaydı təqdim etdi. Slaydda kommunizm, anarxizm, ateizm, eləcə də xristian missioner və İslamla əlaqələndirilən qeyri-ənənəvi cərəyanlar barədə məlumat verildi.

Slayda təqdimatından sonra qonaqların da iştirakı ilə mövzu ilə bağlı fikir mübadiləsi aparıldı.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər