7 Aprel 2014 17:39
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran həbsxanalarında cəza çəkən iki Azərbaycan vətəndaşı ölkəmizə qaytarılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Trend” etibarlı mənbəyə istinadən xəbər yayıb.

Xəbərə görə, məhbusların təhvil verilməsi Azərbaycan və İran arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqavilə əsasında baş tutub.

İranın tnews.ir xəbər portalının məlumatına görə, İranda cəza çəkən və Azərbaycana qaytarılmış bu iki məhbus casusluqda ittiham olunurmuşlar. Saytın məlumatına görə, qaytarılmış məhbusların biri Eyvaz Məmmədovdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər