29 Dekabr 2015 17:34
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN)Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir keçirilib.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, akademiyanın rəhbər heyəti, zabit və kursantlarının iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan akademiyanın rəisi general-mayor Pənah Süleymanov iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edərək qeyd etmişdir ki, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən biridir. 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ölkəmizin dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan vermişdir. Natiq bildirib ki, ulu öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra “Mənəvi birliyimizin rəmzinə çevrilmiş bayram” movzusunda çıxış edən Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov tarixə nəzər salıb, mənəvi birlik və milli həmrəyliyin dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət etdiyini bildirib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər