30 Dekabr 2015 10:17
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı metropoliteni dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 1 saat artıq xidmət göstərəcək.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Teleqraf.com-a bildirib ki, Bakı metrosu 31-i gecə saat 01:00-dək işləyəcək. Belə ki, həmin gün Bakı Şəhər İcra Hakimiyyətinin Dənizkənarı Milli Parkda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirəcəyi şənlikdə iştirak edən sakinlərin rahatlığını təmin etmək məqsədilə metropoliten bu addımı atır.

N.Paşayev əlavə edib ki, sərnişin sıxlığı yaranarsa, vaxt daha da uzadıla bilər.


Müəllif:

Oxşar xəbərlər