3 Fevral 2016 18:35
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni aparılan araşdırmalar yeməyini yavaş-yavaş çeynəyərək yeyənlərin gün ərzində daha az kalori qəbul etdiklərini ortaya çıxarıb.

Publika.az xəbər verir ki, mütəxəssislər yeməyi yavaş yeməklə yanaşı, arada bir-iki qurtum su içməyi də tövsiyə edir.


Deyilənə görə, belə qidalanan şəxslər gün ərzində həmişəkindən 100 kalori daha az qəbul edir.

Bu isə ideal çəkidə qalmaqla yanaşı, arıqlamağa da kömək edir.

Bu sahədəki araşdırmaları ilə məşhurlaşan professor Mine Şa bildirir ki, bu üsul yalnız normal çəkidə olan insanlara fayda verir. Həddən artıq kök olanlar isə daha az kalori qəbul etmək üçün başqa üsullara da əl atmalıdır.

Qeyd edək ki, deyilənlərə görə, məşhur aktrisa Qvinet Peltrou da bu yemək tərzindən istifadə edir. O, yemək üçün düz 1 saat vaxt sərf edir.

Qidalanmağa şorba ilə başlayır, daha sonra salatı və əsas yeməyi yeyir. Bu zaman ən azı 1 stəkan su və ya 1 qədəh şərab içir. Aktrisa bunun sayəsində, pəhriz saxlamadan ideal çəkidə qala bilir.


Müəllif:

Oxşar xəbərlər