Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 28 215-ə yüksəlib.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, 2016-cı il fevral ayının 1-nə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 1,24 faiz artıb. 2016-cı ilin yanvar ayı ərzində Fond tərəfindən əlavə olaraq 347 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 28 215-ə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,83 faizini (24 780 nəfər) kişilər, 12,17 faizini (3 435 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 118 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 431 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 3037-yə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1718-ə çatıb.
Sonrakı yerlərdə Hindistan (1073), İran İslam Respublikası (984), Çin Xalq Respublikası (863), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (596) Pakistan İslam Respublikası (550), Banqladeş Xalq Respublikası (486), Ukrayna (464), Özbəkistan (286) , Filippin (257), Almaniya (256), ABŞ (252), Qazaxıstan (224), Türkmənistan (214), İtaliya (200), Bosniya və Hersoqovina (162), Polşa (139), Malayziya (121) və s. ölkələr gəlir.
Naibə Qurbanova