10 Fevral 2016 20:13
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev Bakıda keçirilən “Rusiya-Azərbaycan: əlverişli mühitdən inklüziv cəmiyyətə doğru” mövzusunda “dəyirmi masa”nın Rusiyadan olan iştirakçıları ilə görüşüb.

AMEA-dan Teleqraf.com-a bildiriblər ki, görüşdə İ.Quliyev fiziki imkanları məhdud şəxslərin təhsilə inteqrasiyasının problem və perspektivləri sahəsində beynəlxalq təcrübənin öyrənilməsində ölkəmiz üçün bu tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu tədbir ölkəmizdə fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının və onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətinə öz töhfəsini verəcək.

Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin (MDHİU) rektoru, professor Vaqif Bayramov qeyd edib ki, tədbir çərçivəsində Azərbaycanda fiziki imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyası, onların sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə də inklüziv təhsilin inkişafı ilə əlaqədar görülən işlərlə tanış olublar. Vurğulanıb ki, Rusiya Azərbaycan ilə bu sahədə geniş əlaqələrin qurulmasında və birgə layihələrin həyata keçirilməsində maraqlıdır.

Sonra Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti departamentinin inkişaf və sosiallaşma problemləri olan uşaqların təhsili şöbəsinin rəisi Larisa Falkovskaya, MDHİU-nun professoru Anatoli Gerasimov, bu ali məktəbin elmi-tədqiqat laboratoriyasının müdiri Dmitri Rayduqin, professor Svetlana Qaliullina fiziki imkanları məhdud olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası istiqamətində Rusiyanın təcrübəsindən söhbət açıblar. Rusiyalı alimlər bu sahədə ölkələrində həyata keçirilən tədbirlərin təhlili və mövcud problemlərin həlli barədə fikirlərini bölüşüblər.

Sevil


Müəllif:

Oxşar xəbərlər