Daxili İşlər Nazirliyi ermənilər tərəfindən açılan atəş nəticəsində məktəblinin yaralanması ilə bağlı açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə fevralın 15-də, saat 15 radələrində qeydə alınıb.
Ağdam rayonunun Çıraqlı kənd sakini 15 yaşlı Coşqun Məmmədov əkin sahəsində təmizlik işləri apararkən ermənilər tərəfindən açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb.
Coşqun Məmmədov xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov