17 Fevral 2016 17:36
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Həsənov: “Bəşəriyyət 24 il əvvəl Xocalı faciəsinə sadəcə şahidlik etdi və susdu”

Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi “Atəşkəs” sənədli filmi azərbaycan dilində nümayiş olunub.

Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri, eləcədə media təmsilçiləri iştirak edib.

Tədbiri çıxış nitqi ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, Qarabağda törədilən erməni vandalizminin kiçik bir süjet xətti olan filmin hazırlanması üçün macar və yerli heyət böyük əmək sərf edib: “Mən əslən Qarabağlıyam, çəkiliş zamanı dağıdılmış, viran edilmiş kəndimin, evimin görüntülərini göprmək mənim üçün necə ağır olduğunu sözlə ifadə etmək mümkün deyil. Filmdə yüz minlərlə qarabağlının xatirələrinin, xoş günlərinin canlandığıvə bu işğaı altında olan yerləri nümayiş edirmək, doğma yurdlarından didərgin düşmüş insanların çəkdikləri əzab-əziyyətləri görmək və eşitmək bizim üçün çox çətindir. Bu film Qarabağ həqiqətlərinin həm Macarıstana, həm də bütün Avropaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Film barədə qısa məlumat verən U.Mirzəyev filmə göstərilən dəstəyə görə, Macar Turan Fondunun sədri Andras Biroya, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Azərbaycan Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə təşəkkürünü bildirib.

Söz alan Macar Turan Fondunun sədri Andras Biro isə deyib ki, “Atəşkəs” filmi dünyaya mesajdır : “Azərbaycan və Macar xalqı hər bir zaman yaxındırlar və dostdurlar. Bu filmi izləyən və ürəyi olan hər bir insan Azərbaycan xalıqının ağır taleyini anlamış olur. Biz uzun illər, hətta 1990-cı illərdə bu faciənin yaşandığını, Azərbaycanda müharibənin olduğunu bilsək də, faciə barədə az məlumatlı olmuşuq. Bu gün “Atəşkəs” filmi vasitəsilə faciəni real kadrlarla öyrənmiş olduq. Film Azərbaycanda törədilən faciənin həqiqətlərini əks etdirir. Xocalı faciəsi tək Cənubi Qafqazın yox, bütün dünyanın insanlıq faciəsidir”.

Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də qeyd edib ki, “Atəşkəs” sənədli filmi vasitəsilə dünyaya tək Xocalı faciəsinin həqiqətləri yox, həm də sülh ismarıcı göndərildi: “Sözün bitdiyi yerdir. Filmdə əziyyəti keçən Macar Turan Fondunun sədri Andras Biroya təşəkkür edirəm ki, o bu işə xüsusi səmimiyyətlə yanaşdı, filmi ərsəyə gətirdi. Burada bir insanpərvər bir şəxsin dünya ictimaiyyətinə çağırışını gördük. Bütün gücünü bilik və bacarığını əsirgəməyən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevə təşəkkürümü bildirirəm. O, bütün çətinliklərə baxmayaraq komandayla filmi peşəkarcasına hazırlanmasına nail oldu. Biz də Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq filmə verdiyimiz bu dəstəyi həm də, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovdan gördük. Çox təşəkkür edirik. Əlbəttə ki, bu, dövlətimizin bütövlükdə Azərbaycanda törədilən işğal faciəsiylə bağlı həqiqətlərin dünyaya çatdırılmasına və maarifləndirilməsinə dair işlərin bir hissəsidir”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə bildirib ki, “Atəşkəs” sənədli filmi Qarabağ hadisələrinin real xronologiyasını dünyada növbəti dəfə təbliğ edir: “Biz məyusluq doğuran hadisələrin xronologiyasını bir daha xatırladıq. İyirmi dörd il bundan öncə dünya bəşəriyyət insanlığa törədilən digər qəddar hadisələrdən heç də geri qalmayan Xocalı faciəsində şahidlik etdi. Təəssüf ki, sadəcə şahidlik etdi və susdu. 1992-93-cü illərdə bu hadisəyə sisasi maraqlar çərçivəsində yanaşıldı və ölkəmizin özündə belə real qiymət verilmədi. Lakin 1993-cü ildə, ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışışından sonra Azərbaycan xalqına qarşı törədilmiş bu faciə bütün çalarla özünün real qiymətini aldı. Eyni zamanda faciənin reallıqları Azərbaycan dövlətinin iştirakı ilə xarici dövlətlərə çatdırıldı. İllər ötməsinə baxmayaraq bu faciənin həqiqətlərini Azərbaycan hələ də öz gücü, səyi vasitəsilə dünyayla paylaşır”.

Ə.Həsənov daha sonra qeyd edib ki, sənədli filmlər və bu kimi layihələr vasitəsilə dünyada erməni xalqına qarşı nifrət aşılamaq istəmirik: “Biz dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdırmalıyıq ki, faciə bir daha təkrarlanmasın. Erməni xalqını bu gün də özümüzə düşmən saymırıq. Etnik separatçılıq hərakatını Cənubi Qafqazda başlayan və xalqları bir birinə qarşı qaldıran, etnik təmizləmə aparan cinayətkar qrupu dünyaya təqdim edirik. Həmin qrup bu gün Ermənistanda və seperatçı Dağlıq Qarabağ rejiminə rəhbərlik edir. Erməni xalqının üstündə hakimiyyətə gələn cinayətkar erməni rejimini dünyaya tanıtmaq istəyirik”.

Tədbirin sonunda A.Quliyev Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xüsusi təltifnaməsini Macar Turan Fondunun sədri Andras Biro və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevə tə qdim edib.

Sənədli film “İşğalın qurbanı” layihəsi çərçivəsində macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd alındığı tarixi mərhələlər , Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi , o cümlədən Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi tarixi-mədəni irsi, ənənələri yer alıb.

Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, ermən qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas qayəsini ,leytmotivini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikalı ekspertlərin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və münaqişə qurbanlarının, şahidlərin ifadələri yer alıb.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər