22 Fevral 2016 18:38
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana səfər edəcək.

Bu barədə Trend IPN agentliyinə istinadən məlumat verir.

K.Kaladzenin sözlərinə görə, səfəri çərçivəsində SOCAR-ın nümayəndələri, eləcə də konsorsium rəhbərliyi ilə görüşəcək: "Biz "Şahdəniz"dən əlavə həcmlər ala bilmək üçün fəal işləyirik. Çox nikbinik və düşünürük ki, müəyyən razılaşma əldə edəcəyik. Bundan sonra bizdə "Qazprom"la danışıqları necə başa çatdırmaqla bağlı təsəvvür yaranacaq".


Müəllif:

Oxşar xəbərlər